Azərbaycanda müharibə əlilləri üçün prezident təqaüdünün ödənilməsinə oktyabrda başlanacaq

Azərbaycanda müharibə əlilləri üçün prezident təqaüdünün ödənilməsinə oktyabrda başlanacaq
# 19 sentyabr 2008 09:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müvafiq dövlət qurumları ilə birlikdə müharibə əlilləri üçün yeni təsis edilən prezident təqaüdünün verilməsi və ödənilməsi üçün xüsusi qaydalar hazırlayır. Bu barədə «APA-Economics»ə ƏƏSMN-in pensiya siyasəti şöbəsinin müdiri Vüqar Həsənov məlumat verib.
Şöbə müdiri bildirib ki, dövlət başçısının bu ilin sentyabrın 9-da verdiyi sərəncam əsasında təsis edilən prezident təqaüdünün ödənilməsinə oktyabrdan başlanacaq. Bu təqaüd Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olan və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirən zaman, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirən əlil şəxslərə aiddir. Prezident təqaüdünün məbləği I qrup müharibə əlilləri üçün 90 manat, II qrup əlillər üçün 70 manat, III qrup üçün 50 manat məbləğində təyin edilib.
V.Həsənov deyib ki, sentyabrın 1-dən hesablanacaq bu təqaüdü ölkədə təxminən 15,3 min nəfər alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR