Gələn il Azərbaycanda sosial müavinətlər yenidən artırılacaq

Gələn  il Azərbaycanda sosial müavinətlər yenidən artırılacaq
# 19 sentyabr 2008 11:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkədə sosial müavinətlərin artırılması üçün təkliflər hazırlayaraq hökumətə təqdim edəcək.
ƏƏSMN-in pensiya siyasəti şöbəsinin müdiri Vüqar Həsənov «APA-Economics»ə bildirib ki, müavinətlərin nə qədər artırılacağı barədə indidən fikir yürütmək olmaz. Çünki artımla bağlı müzakirələr gələn il aparılacaq.
Şöbə müdiri qeyd edib ki, «Sosial müavinətlər haqqında» qanuna görə, ildə bir dəfədən az olmayaraq, sosial müavinətlərinin məbləğinin indeksləşdirilməsi qaydası müəyyən edilməlidir. Bunun üçün də hər il sosial müavinətlərin artırılması məqsədilə tədbirlər görülür.
V.Həsənovun sözlərinə görə, bu ilin sentyabrın 1-dən Azərbaycanda 286 417 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği orta hesabla 50% artırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR