Göygöldə Yaponiya hökümətinin dəstəyi ilə yeni məktəb tikilib

Göygöldə Yaponiya hökümətinin dəstəyi ilə yeni məktəb tikilib
# 21 sentyabr 2008 12:46 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, Yaponiya hökümətinin vəsaiti hesabına inşa olunan yeni məktəb binası 85 200 ABŞ dollarına başa gəlib.

1960 –ci ildə inşa olunan və 180 şagirdin təhsil aldığı məktəb tamamilə yararsız vəziyyətdə olub. Məktəbin dam örtüyü, pəncərələri, elektrik sistemi, dərs otaqları üçün nəzərdə tutulmuş avadanlıqlar yenilənib.

180 yerlik məktəb binasının açılışına Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Mitsuhiro Kohno da qatılıb. Tədbirdə çıxış edən səfirliyin müşaviri ölkəsinin Azərbaycanda təhsil sahələri üzrə həyata keçirilən layihələrə maraq göstərdiyini bildirib. “Bir il bundan qabaq bura gəlmişdim. Onda məktəbin vəziyyəti çox acınacaqlı və təhlükəli idi. Hətda mən köhnə məktəbin döşəməsinə baxdım. O qədər təhlükəli idi ki, indicə zirzəmiyə düşməkdən qorxurdum. Təmirdən sonra isə məktəbin vəziyyəti məni qane etdi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR