Lənkəranda alma ağacı yenidən çiçəkləyib

Lənkəranda alma ağacı yenidən çiçəkləyib
# 22 sentyabr 2008 08:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran rayonunun Sinovli kənd sakini Bəxtiyar Hüseynova məxsus həyətyanı torpaq sahəsindəki meyvə bağında qeyri-adi hal qeydə alınıb. APA-nın Cənub bürosunun məlumatına görə, bağda becərilən alma ağaclarının biri yenidən çiçəkləyib. Bağçılıq təsərrüfatı ilə 30 ildən çox məşğul olan B. Hüseynov ömründə ilk dəfə belə hadisə ilə qarşılaşdığını bildirib. İxtisasca ekoloq olan B. Hüseynovun sözlərinə görə, bu anomal hadisə çox nadir hallarda baş verir. O, bağındakı digər ağacların da yenidən çiçəkləyəcəyini istisna etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR