Bakıda Beynəlxalq Turizm günü qeyd olunacaq

Bakıda Beynəlxalq Turizm günü qeyd olunacaq
# 25 sentyabr 2008 08:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 27 sentyabr Beynəlxalq Turizm günü münasibəti ilə “Gənc turistlər” layihəsi həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, layihə çərçivəsində “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi - Memarlıq qoruq-muzeyi, “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq qoruğu və Muzey Mərkəzində silsilə tədbirlər təşkil olunacaq. Layihənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinin dünyagörüşünün artırılması, muzey və qoruqlara cəlb edilməsidir. Həmin gün Bakının Suraxanı, Sabunçu və Əzizbəyov rayonlarının 120 nəfər orta məktəb şagirdi bu layihənin iştirakçısı olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR