USAID təşkilatının dəstəyi ilə Məhəmmədi kəndində sağlamlıq festivalı keçiriləcək

USAID təşkilatının dəstəyi ilə Məhəmmədi kəndində sağlamlıq festivalı keçiriləcək
# 25 sentyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən ACQUIRE Layihəsi yerli hökumət qurumları, tibb işçiləri və icma liderləri ilə birgə Abşeron rayonunun Məhəmmədi kəndində sağlamlıq festivalı keçirəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, kənd klubunun həyətində sabah keçiriləcək tədbirə reproduktiv yaşlı qadınlar, kişilər və 11-ci sinif şagirdləri daxil olmaqla 250-dən çox iştirakçı qatılacaq. Festival rəsmi və əyləncəli hissədən ibarət olacaq. Festivalın gedişində əhalinin sağlamlıq barədə biliklərini yoxlamaq üçün viktorinalar keçiriləcək və sağlamlığa aid maarifləndirici materiallar paylanılacaq. Bununla yanaşı rəsm müsabiqəsi, idman yarışları keçiriləcək və musiqi nömrələri nümayiş olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR