GOPAC təşkilatının Cənubi Qafqazda katibliyi yaradılacaq

GOPAC təşkilatının Cənubi Qafqazda katibliyi yaradılacaq
# 25 sentyabr 2008 12:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Dünya Parlamentarilərinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Qlobal Təşkilatının (GOPAC) Cənubi Qafqazda katibliyi yaradılacaq. Bu barədə APA-ya QHT-lərin Antikorrupsiya Şurasının koordinatoru Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, mərkəzi ofisi Kanadada yerləşən GOPAC-ın Cənubi Qafqazda katibliyinin yaradılmasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov yaxından iştirak edir: Artıq təşkilatın katibliyinin yaradılması istiqamətində iş başlayıb. Ə. Nuriyev yeni yaradılacaq təşkilatın parlamentarilərin iştirakı ilə antikorrupsiya qanunvericiliyinin yaradılmasına xidmət edəcəyini deyib. Təşkilatın Cənubi Qafqaz üzrə katibliyinin Azərbaycanda yerləşəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR