Gələn ilin sonuna kimi Azərbaycanda 750 min insan təmiz içməli su ilə təmin ediləcək

Gələn ilin sonuna kimi Azərbaycanda 750 min insan təmiz içməli su ilə təmin ediləcək
# 25 sentyabr 2008 15:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Gələn ilin sonuna kimi Azərbaycanda içməli su imkanları məhdud olan kəndlərdə yaşayan 750 min insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən təmiz içməli su ilə təmin ediləcək. «APA-Economics»in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
Nazirin sözlərinə görə, bu işlər respublika prezidentinin 2007-ci ilin iyununda təsdiqlədiyi «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» sərəncamı əsasında görülür.
Ətraf mühitin ekoloji baxımdan təmizlənməsi istiqamətində işlərini davam etdirdiklərini deyən H.Bağırovun sözlərinə görə, hazırda Balaxanı poliqonundakı tullantılar Bakıda havanın çirklənməsində əsas mənbə hesab edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR