Bakıda Azərbaycan Qadınlarının III Qurultayı keçirilir – YENİLƏNİB 2

Bakıda Azərbaycan Qadınlarının III Qurultayı keçirilir – <font color=red>YENİLƏNİB 2</font>
# 26 sentyabr 2008 08:37 (UTC +04:00)
APA-nın məlumatına görə, qurultaya ölkənin bütün bölgələrindən ümumilikdə 1500-dən artıq nümayəndə qatılıb. Tədbirdə həmçinin Misirin I xanımı Suzan Mübarək, Türkiyənin Qadın və Ailə Məsələləri üzrə dövlət naziri Nimet Çubukçu, ABŞ-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Litva Respublikasının Müdafiə Nazirliyinin dövlət katibi Jurate Raquçiene, İordaniyanın Qadın Məsələləri üzrə Milli Komitəsinin baş katibi Əsma Xader, Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova, Gürcüstan prezidentinin ananı türkoloq-professor Giuli Alasaniya da qonaq qismində iştirak edir.

Qurultayda açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1620 nümayəndənin qeydiyyatdan keçdiyini bildirib. Daha sonra Prezident Aparatının humanitar məsələlər üzrə şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultaya təbrik məktubunu oxuyub. Məktubda Azərbaycan qadınların bugünkü fəaliyyətini yüksək qiymətləndirən ölkə başçısı adət-ənənələrimizin qorunmasında Azərbaycan qadınlarının fədakarlıq nümayiş etdirdiklərini bildirib.

Daha sonra çıxış edən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva qurultay iştirakçılarını təbrik edib. Azərbaycanda qadın adının həmişə müqəddəs sayıldığını bildirən M. Əliyeva deyib ki, tarixə nəzər salanda Azərbaycan qadını çox mürəkkəb və şərəfli bir yol keçdiyini görmək olar. M. Əliyeva bu gün Azərbaycanın dövlət qurumlarında çalışanların təxminən 40 faizini qadınların təşkil etdiyini də qeyd edib.

Azərbaycan Qadınlarının III Qurultayına video çıxışları ilə qatılan BMT-nin Əhali Fondunun icraçı direktoru xanım Toraya Obeydin və Avropa Şurası baş katibinin müavini xanım Mod de Bur-Bukikkio toplantı iştirakçılarını təbrik edib, onlara çoxşaxəli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Azərbaycan qadınlarının müasir həyatda rolunu əks etdirən sənədli filmin nümayişindən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın məruzəsi dinlənilib. O, məruzəsində Azərbaycan qadınlarının qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakının getdikcə artdığını, hazırda ölkədə 90-a yaxın qadın təşkilatının fəaliyyət göstərdiyini bildirib: “Azərbaycanda parlament sədrinin 3 müavinindən 1-i, daimi komissiya sədrlərindən 1-i, parlamentin 125 deputatından 14-ü qadındır. Azərbaycan qadınlarının qurultayının prezident seçkiləri ərəfəsində keçirilməsi məclisin başlıca məramlarından irəli gəlir. Azərbaycan qadınları qarşıdakı prezident seçkilərində düzgün seçim edəcəklər. Onlar sabitliyə, dinamik inkişafa, inamlı gələcəyə səs verəcəklər. Onlar verdiyi sözü fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan prezident İlham Əliyevə səs
verəcəklər”.

Uşaqların qurultay iştirakçılarını təbrikindən sonra nahar fasiləsi elan olunub. Qeyd edək ki, Bir gün davam edəcək qurultayın sonunda Azərbaycan prezidentinə və beynəlxalq təşkilatlara müraciət ediləcək, yekun qətnamə qəbul olunacaq.

Qeyd edək ki, bu gün Azərbaycanda millət vəkillərinin 11,2 faizi, dövlət qulluğunda çalışanların 39 faizi, hakimlərin 14 faizi qadındır. Bu gün ölkədə 3.062 qadın elmlər namizədi, 226 qadın isə elmlər doktorudur. Azərbaycan qadınlarının I qurultayı 1998-ci il sentyabrın 14-15-də, II qurultayı 2003-cü il 27 sentyabrda keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR