Həftə sonunda gözlənilən hava şəraiti meteohəssas insanlar üçün problem yarada bilər

Həftə sonunda  gözlənilən hava şəraiti meteohəssas insanlar üçün problem yarada bilər
# 26 sentyabr 2008 13:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Yaxın günlərdə ölkə ərazisində gözlənilən hava şəraiti meteohəssas insanlar üçün problem yarada bilər. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, bu gün Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişlidir. Amma sentyabrın 27-də xəzri qabağı şəraitlə əlaqədar atmosfer təzyiqinin xeyli enməsi və 28-də gün ərzində kəskin qalxması əksər meteohəssas insanlar üçün əlverişsiz olacaq. Qeyd edək ki, sentyabrın 30-dək ölkə ərazisində qeyri-sabit və tutqun hava şəraiti davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR