Azərbaycanda lisenziyasız işləyən turizm obyektləri ilə bağlı araşdırma aparılacaq

Azərbaycanda lisenziyasız işləyən turizm obyektləri ilə bağlı araşdırma  aparılacaq
# 27 sentyabr 2008 12:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Bakı, Şamaxı, Qax, Qəbələ, Nabran, Xaçmaz və Şəkidə lisenziyasız fəaliyyət göstərən otellər barədə ciddi tədbirlər görməyi nəzərdə tutur.
«APA-Economics»in məlumatına görə, bu gün keçirilən VII Ümumrespublika Daxili Turizm Konfransında çıxış edən nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, yay turizm mövsümünün təşkili ilə bağlı həmin rayonlardakı turizm obyektlərində keçirilən monitorinq zamanı bir çox nöqsanlar aşkarlanıb. Məlum olub ki, bir çox yerlərdə sanitar-gigiyenik qaydalara riayət edilmir, xidmət sahəsində çalışanların peşə hazırlığı səviyyəsi və turizm şirkətləri ilə işləmək bacarığı zəifdir. Həmin otellərdə xidmətlərin yüksək qiyməti də onların keyfiyyəti ilə uyğun gəlmir.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məsul şəxslərə lisenziyasız fəaliyyət göstərən turizm obyektləri ilə bağlı araşdırma aparmağı və 10 gün ərzində nəticələri ona təqdim etməyi tapşırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR