Əbülfəs Qarayev: «Hazırda ciddi xarici investor Dağlıq Qarabağın turizm sektoruna sərmayə yatırmaz»

Əbülfəs Qarayev: «Hazırda ciddi xarici investor Dağlıq Qarabağın turizm sektoruna sərmayə yatırmaz»
# 27 sentyabr 2008 12:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın Qusar rayonunda işası nəzərdə tutulan qış turizm mərkəzinin bir hissəsi 2009-2010-cu ilin qış mövsümündə hazır ola bilər.
«APA-Economics»in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hazırda həmin ərazidə qazma işləri aparılır. Bu yaxınlarda isə «Qış şəhərciyi»nin infrastrukturunun yaradılması üçün beynəlxalq tender elan ediləcək.
Nazir Ermənistan rəsmilərinin Dağlıq Qarabağın turizm sektorunu inkişaf etdirmək üçün xarici ölkələrdən sərmayələrin cəlb edilməsi ilə bağlı söylədiyi fikirlərə də münasibət bildirib: «Ciddi xarici turizm dairələrinin oraya sərmayə qoyuluşundan söhbət gedə bilməz. İnanmıram ki, hər hansı xarici şirkət Dağlıq Qarabağın turizm sektoruna sərmayə qoysun. Sərmayəni qoyanlar yenə də yalnız erməni mənşəli ola bilər».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR