TQDK ədliyyə orqanlarında işə qəbulla bağlı test imtahanının nəticələrini açıqlayıb

TQDK ədliyyə orqanlarında işə qəbulla bağlı test imtahanının nəticələrini açıqlayıb
# 27 sentyabr 2008 13:31 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı Ədliyyə Nazirliyi ilə birlikdə 2008-ci il sentyabrın 27-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələrin açıqlayıb. TQDK-dan APA-ya verilən məlumata görə, saat 10:00-da Bakı Dövlət Universitetinin yeni tədris binasında başlayan imtahan 3 saat davam edib. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 256 nəfərdən 28 nəfəri imtahana gəlməyib. İmtahanın nəticələri saat 15:00-da TQDK-nın internet saytında yerləşdirilib. Nəticələrə əsasən, 55-dən yuxarı bal toplamış 99 nəfər imtahanın ikinci mərhələsində iştirak etmək hüququ qazanıb
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR