Stasionar müəssisələrdə müalicə olunan xəstələrə verilən pulsuz dərman və tibbi ləvazimatların siyahısına əlavələr edilib

Stasionar müəssisələrdə müalicə olunan xəstələrə verilən pulsuz dərman və tibbi ləvazimatların siyahısına əlavələr edilib
# 03 oktyabr 2008 16:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyi stasionar müəssisələrdə müalicə olunan xəstələrə verilən pulsuz dərman preparatları və tibbi ləvazimatların siyahısına əlavələr edib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildiriblər ki, imzalanmış ilkin əmrə əsasən stasionar tibb müəssisələrində müalicə olunan xəstələrə 60 adda dərman preparatları təmənnasız təqdim olunurdusa, nazir Oqtay Şirəliyevin oktyabrın 2-də imzaladığı əmrə əsasən siyahıya daha 55 adda həyati əhəmiyyətli əlavə olunub. Beləliklə, ümumilikdə əhalinin sağlamlığı üçün nəzərdə tutulmuş 115 adda vitaminlər, müxtəlif çeşid antibiotik və tibbi preparatlar əmr imzalandığı gündən etibarən stasionarda müalicə alan xəstələrə təmənnasız veriləcək.

Xatırladırıq ki, həmin dərman preparatlarının siyahısı Səhiyyə Nazirliyinin mətbu orqanı sayılan “Tibb Qəzeti”nin növbəti sayında dərc olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR