ANAMA İsveçdən minatəmizləmə təlimlərində istifadə olunan xüsusi «D-MİNE» elektron sistemi alıb

ANAMA İsveçdən minatəmizləmə təlimlərində istifadə olunan xüsusi «D-MİNE» elektron sistemi alıb
# 06 oktyabr 2008 10:21 (UTC +04:00)
Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) İsveçdən minatəmizləmə mütəxəssisləri üçün keçirilən təlimlər zamanı istifadə olunan xüsusi «D-MİNE» elektron sistemi alıb. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib. Agentliyin nümayəndələri ötən ay İsveçə səfəri çərçivəsində «D-MİNE» sistemlərinin istehsalçısı olan «Arne Nordstroms Mexanikal» şirkəti ilə danışıqlar aparılıb və sistemin alğı-satqısına dair razılıq əldə olunub.

Hazırda «D-MİNE» sisteminin təlim prosesinə inteqrasiyası başlanıb. ANAMA-da hesab edirlər ki, sistemin istifadəsi əməliyyatlar zamanı minatəmizləmə heyətinin təhlükəsizlik səviyyəsini artıracaq və bununla əməliyyatların daha da məhsuldar olmasına köməklik göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR