Azərbaycanda yanvar-sentyabr aylarında ətraf mühitin qorunması ilə bağlı 1,6 mln. manatlıq cərimə tətbiq olunub

Azərbaycanda yanvar-sentyabr aylarında ətraf mühitin qorunması ilə bağlı 1,6 mln. manatlıq cərimə tətbiq olunub
# 23 oktyabr 2008 10:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2 574 akt və protokol tərtib edib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 648 icrası məcburi olan göstəriş verib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 716 iş üzrə 1 628 564,3 manat məbləğində cərimə tətbiq edilib və onun 254 507,25 manatı ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 819 iş üzrə 1 661 073 manat məbləğində iddia qaldırılıb, ondan 178 061,8 manatın ödənilməsi təmin edilib. Nazirlik 2 039 iş üzrə 306 961,5 manat məbləğində ödəmə tətbiq edib, onun 207 779,5 manatı ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 67 işdən 22-nə, məhkəmələrə göndərilmiş 163 işdən 58-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 367 işdən 32-nə baxılaraq müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR