TQDK ingilis dili üzrə test suallarını təkmilləşdirmək üçün ABŞ-ın EFL proqramı ilə əməkdaşlıq edəcək

TQDK ingilis dili üzrə test suallarını təkmilləşdirmək üçün ABŞ-ın EFL proqramı ilə əməkdaşlıq edəcək
# 27 oktyabr 2008 14:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ingilis dili fənni üzrə test suallarının təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verən yeni tipli test suallarının hazırlanması və ingilis dili ekspertləri ilə seminar məşğələlərin keçirilməsi üçün ABŞ-ın “English Language Fellowship” (EFL) proqramı ilə əməkdaşlıq edəcək. Komissiyadan APA-ya verilən məlumata görə, artıq bu məqsədlə proqram çərçivəsində ABŞ-dan olan ingilis dili üzrə mütəxəssis Pamela Henlayn Villineslə əməkdaşlığa başlanılıb. Hazırda Azərbaycanda səfərdə olan Pamela Henlayn Villines Corc Vaşinqton Universitetinin nümayəndəsidir və xarici dil tədrisi sahəsində çoxillik təcrübəyə malikdir. TQDK EFL proqramı üzrə bu mütəxəssislə 2009-cu ilin iyun ayınadək əməkdaşlıq edəcək.
Qeyd edək ki, ABŞ-ın Dövlət Departamenti tərəfindən təşkil edilmiş və Corctaun Universitetinin idarə etdiyi EFL proqramı ingilis dilinin bütün dünyada tədrisini nəzərdə tutur. Həmin proqram üzrə TEFL/TESL və ya tətbiqi linqvistika sahəsində magistr dərəcəsini almış istedadlı və yüksək ixtisaslı mütəxəssislər dünyanın bütün regionlarına göndərilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR