“Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar” layihəsi çərçivəsində nəşr olunmuş kitabın təqdimatı keçirilib

“Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar” layihəsi çərçivəsində nəşr olunmuş kitabın təqdimatı keçirilib
# 28 oktyabr 2008 13:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar” layihəsi başa çatıb. APA-nın məlumatına görə, layihə çərçivəsində bu gün kitab təqdimatı və sərgi keçirilib. “Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar” adlı kitab Azərbaycan qadınlarının ölkənin mədəniyyətinə, tarixinə və elmi inkişafına verdikləri töhfələri işıqlandırmaq məqsədilə nəşr edilib. Kitabda cəmiyyətin inkişafına müsbət təsir göstərməyə gücü və cəsarəti çatan, adlarını tarixə yazan qadınların həyat hekayələri toplanıb. Kitabın müəllifi Mehriban Vəzirdir. Təqdimatda kitaba adı düşmüş qadınların rəssam Günay Şəmsiyeva tərəfindən çəkilmiş portretləri də sərgilənib. G. Şəmsiyeva bütün portretləri eyni üslubda çəkib, fotoşəkilləri olmayan bəzi tarixi şəxsiyyətlərin (Möminə xatun, Sara xatun və s.) portretlərini isə obraz əsasında yaradıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR