Gəncədə əmək yarmarkasında 400 nəfər işlə təmin olunub

Gəncədə əmək yarmarkasında 400 nəfər işlə təmin olunub
# 31 oktyabr 2008 15:33 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün Gəncədə keçirilən əmək yarmarkasında 1300 nəfər iştirak edib. Onlardan 400 nəfəri işlə təmin olunub. Gəncə şəhər Məşğulluq İdarəsinin baş məsləhətçisi Kəmalə Vəliyevanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, əmək yarmarkasında 96 təşkilatdan 979 vakant iş yeri təklif olunub. Təklif olunan iş yerlərindən 505-i dövlət, 474-ü özəl təşkilatların payına düşüb. Bunlardan 596 fəhlə, 157 dövlət qulluqçusu, 226 yer isə digər xidmət sahələrinin payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR