Azərbaycan ərazisində leysan yağışlar yağacaq

Azərbaycan ərazisində leysan yağışlar yağacaq
# 03 noyabr 2008 14:42 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gecə 7-12, gündüz 17-20 dərəcə isti olacaq, dağlarda gecə 2-6, gündüz 8-13 dərəcə isti qeydə alınacaq.

Noyabrın 5-6-da isə rayonlarda yağış yağacaq, bəzi yerlərdə yağış leysan xarakterli olacaq. Həmin günlərdə havanın temperaturu gecə 6-11, gündüz 15-18, dağlarda gecə 1-5, gündüz 5-10 dərəcə isti müşahidə ediləcək.

Noyabrın 4-dən 6-dək Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək, daha sonra şimal küləyi ilə əvəzlənəcək, noyabrın 6-da şimal küləyi cənub-qərb küləyinə keçəcək.

Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz saatlarında 17-19 dərəcə isti olacaq. Noyabrın 5-də şimal küləyinin əsməsi ilə əlaqədar temperatur 14-17 dərəcəyə enəcək, noyabrın 6-da yenidən bir qədər yüksələrək 16-18 dərəcəyə çatacaq.

Noyabrın 4-5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 6-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsiz olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR