Noyabrın 15-dən Azərbaycanda şəhər və rayonların istiliklə təmin olunmasına başlanacaq

Noyabrın 15-dən Azərbaycanda şəhər və rayonların istiliklə təmin olunmasına başlanacaq
# 04 noyabr 2008 08:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azəristiliktəchizat» ASC bu ilin noyabr ayının 15-dən Bakı və respublikanın digər şəhər və rayonlarını istilik enerjisi ilə təchiz etməyə başlayacaq. Bu barədə «APA-Economics»ə «Azəristiliktəchizat» ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. R.Əliyevin sözlərinə, artıq 2008-2009-cu illər üçün istilik mövsümünə hazırlıq işləri yekunlaşıb.
Bu il ölkədə qış mövsümünə hazırlıqla əlaqədar «Azəristiliktəchizat» tərəfindən 55 məktəb, 44 uşaq bağçası, 37 səhiyyə və 35 digər sosial obyekt üzrə 8 yeni qazanxana tikilib, 9 obyektdə yeni modul tipli qazanxanalar quraşdırılıb. Bundan əlavə, 9 qazanxana yeni müasir tipli avadanlıqla təchiz olunaraq modernləşdirilib, 3 istilik məntəqəsi modernləşərək yeni qazanxanaya çevrilib. Ölkədə 105 obyektin (10 məktəb, 44 uşaq bağçası, 19 səhiyyə obyekti, 32 digər sosial obyekt) binadaxili istilik sistemi yenidən qurulub, 36 obyektin (26 məktəb, 9 səhiyyə və 1 digər obyektin) qazanxanasına yeni qaz xətti çəkilib, 1 istilik məntəqəsi əsaslı təmir olunub.
Bu mövsümdən ilk dəfə olaraq, Masallı və Saatlı rayonlarının da sosial obyektləri istiliklə təmin ediləcək. Ümumilikdə, bu il 33 rayonda 124 qazanxana işləyəcək ki, bu da 84 məktəb, 10 uşaq bağçası, 61 səhiyyə obyekti və 86 digər sosial obyekti istiliklə təmin etməyə imkan verəcək.
R.Əliyev bildirib ki, bu payız-qış qış mövsümündə Bakı şəhərində 2 050 yaşayış binası, 176 məktəb, 142 uşaq bağçası, 72 səhiyyə obyekti və 141 digər obyekt istiliklə təmin ediləcək. Daxili istilik sistemləri olmadığı üçün bu qış 400-ə yaxın binanın istiliklə təchiz edilməsi mümkün olmayacaq. Həmin obyektlərin 150-si mikrorayonlarda registr istilik sistemi (istilik sistemi tavan və döşəmədə olan) quraşdırılmış, qalanları isə şəhərin mərkəzindəki bəzi arxitektor binalardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR