Azərbaycan dəmiryolçularının Həmkarlar İttifaqının nümayəndə heyəti gələn həftə Misirə səfər edəcək

Azərbaycan dəmiryolçularının Həmkarlar İttifaqının nümayəndə heyəti gələn həftə Misirə səfər edəcək
# 05 noyabr 2008 12:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndə heyəti noyabrın 11-dən 18-dək Qahirədə (Misir) səfərdə olacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd dəmiryolçularının həmkarlar ittifaqları arasında ikitərəfli əlaqələrin genişləndirilməsi və iş təcrübəsinin öyrənilməsidir.
Qeyd edək ki, Azərbaycan və Misir dəmiryolçularının həmkarlar ittifaqları arasında təcrübə mübadiləsinə dair müqavilə mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR