Gələn il gənclər təşkilatlarının 50-dək layihəsi dövlət vəsaiti hesabına maliyyələşdiriləcək

Gələn il gənclər təşkilatlarının 50-dək layihəsi dövlət vəsaiti hesabına maliyyələşdiriləcək
# 08 noyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Son 3 ildə gənclər təşkilatlarının dövlət vəsaiti hesabına 745 min manat dəyərində 110 layihəsi maliyyələşdirilib. Bu barədə APA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib. Son 3 ildə gənclər təşkilatlarının 300 nəfər nümayəndəsi dövlət hesabına müxtəlif beynəlxalq tədbirlərə ezam olunub. İ. Babayevin sözlərinə görə, 2009-cu ildə gənclər təşkilatlarının 50-dək layihəsi maliyyələşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR