“Baytarlar üçün “quş qripi”nin əsasları” mövzusunda təlim başlayıb

“Baytarlar üçün “quş qripi”nin əsasları” mövzusunda təlim başlayıb
# 10 noyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. USAID-in təşəbbüsü ilə “Baytarlar üçün “quş qripi”nin əsasları” mövzusunda təlim başlayıb. APA-nın məlumatına görə, təlimin birinci günü bu xəstəliyin tarixi, qarşısının alınması, infeksiya yayıldığı təqdirdə ona qarşı cavab tədbirlərinin hazırlanması və onun idarə olunması, xəstəlikdən sonra bərpa tədbirləri mövzularında çıxışlar olub. Tədbirdə ABŞ-dan olan mütəxəssislər Andea Mayls və Ed Solt quş istehsalında nəzərə alınması vacib olan məqamlar, depopulyasiya, təmizlik və dezinfeksiya işləri ilə bağlı məruzə ediblər.

“Quş qripi” layihəsinin idarə olunması üzrə mütəxəssis, xanım Bemmi Qranados bildirib ki, Azərbaycan bu xəstəliyin yayılması riskinin olduğu 22 ölkə sırasındadır: “Azərbaycanda bu xəstəliyin inkişaf edəcəyi 15 riskli rayon var”. Onun sözlərinə görə, Azərbaycanın şimal, cənub və Mərkəzi Aran bölgəsi “quş qripi”nə yoluxma baxımından daha risklidir: “Bu məqsədlə təmsil etdiyim qurum Azərbaycana 2 milyon ABŞ dolları məbləğində yardım edib. Əməkdaşlığımız bundan sonra da davam edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR