Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanının nəticələri açıqlanıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanının  nəticələri açıqlanıb
# 10 noyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 33 dövlət orqanında 601 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün dünən birgə təşkil etdikləri test imtahanının nəticələri acıqlanıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 2364 namizəddən 526 nəfəri test imtahanında mümkün olan baldan ən azı 80 faizini toplayaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Namizədlərin 244 nəfəri imtahanda iştirak etməyib, qaydaları pozduğuna görə isə 1 namizəd imtahan zalından xaric edilib.
İmtahanının nəticələrinə görə daha üç dövlət orqanı - İqtisadi İnkişaf Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Təhsil Nazirliyi üzrə daha çox namizəd uğur qazanıb.
Məlumata görə, Dövlət Statistika Komitəsi üzrə 42 yerə qarşı qeydə alınmış 38 namizəddən, Kənd Təsərrüfatı Nazirliyi üzrə 10 yerə qarşı qeydə alınmış 11 namizəddən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi üzrə 2 yerə qarşı qeydə alınmış 4 namizəddən, Dövlət Dəniz Administrasiyası üzrə isə 1 yerə qarşı qeydə alınmış 2 namizəddən heç biri test imtahanından keçə bilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR