Babək rayonunun Zeynəddin kəndində yeni sosial obyektlərin açılışı olub

Babək rayonunun Zeynəddin kəndində yeni sosial obyektlərin açılışı olub
# 11 noyabr 2008 07:35 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası Babək rayonunun Zeynəddin kəndində yeni sosial obyektlər istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, yeni tikilən kənd mərkəzində kitabxana, icra nümayəndəliyi, bələdiyyə və mədəniyyət evi fəaliyyət göstərəcək.

Kənddə həkim ambulatoriyasının, əsaslı təmir edilmiş «Şəhidlər» xatirə kompleksinin, Ticarət Mərkəzinin kənd mərkəzinin də açılışı olub. Tikinti tədbirləri çərçivəsində kənddə 0,8 kilometr uzunluğunda yola asfalt salınıb.

Qeyd edək ki, açılış mərasimlərində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib və Zeynəddin kənd məktəbinin mövcud vəziyyəti ilə tanış olub. V. Talıbov kənd ərazisində 600 şagird yerlik məktəb binasının tikilməsi barədə tapşırıq verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR