Londonda keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur

Londonda keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur
# 11 noyabr 2008 08:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İngiltərənin paytaxtı London şəhərində keçirilən “World Travel Market” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, beynəlxalq sərgidə nazirliyin 3 əməkdaşı və Azərbaycan Dövlət Rəqs Ansamblının nümayəndələri iştirak edirlər. Nazirlik tərəfindən icarəyə götürülmüş sahədə milli üslubda hazırlanan lövhə quraşdırılıb. Sərgi zamanı Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə lövhədə və sərginin xüsusi ayrılmış səhnəsində rəqs qrupu öz məharətini göstərəcək. Sərgi noyabrın 13-nə kimi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR