1 saylı istintaq təcridxanasında qanvermə aksiyası keçirilib

1 saylı istintaq təcridxanasında qanvermə aksiyası keçirilib
# 11 noyabr 2008 09:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı münasibətilə qanvermə aksiyası keçirilib. APA-nın məlumatına görə, aksiya zamanı müəssisənin 150-yə yaxın hərbi və mülki əməkdaşı qan verib. Təcridxananın rəisi vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Ağaməmməd Məmmədov bildirib ki, müəssisə əməkdaşları peşə bayramı ərəfəsində talassemiyalı xəstələr üçün qanvermə aksiyası təşəbbüsü ilə çıxış ediblər. O, təcridxanada əvvəllər də bu cür aksiyalar keçirildiyini söyləyib. Mərkəzi Qanköçürmə İnstitutunun həkimi, Respublika Qan Bankının həkimi Şirxan Rəncbərli isə deyib ki, aksiya zamanı toplanan qan Talassemiyalı Xəstələrə Yardım Fonduna təhvil veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR