Naxçıvan şəhərinin işıqlandırma sistemi yenidən qurulur

Naxçıvan şəhərinin işıqlandırma sistemi yenidən qurulur
# 12 noyabr 2008 01:15 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan şəhərinin işıqlandırma sistemi yenidən qurulur. Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru İqrar Əliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, sistemin yenidən qurulması çərçivəsində indiyədək muxtar respublika paytaxtının mərkəzi prospekt və küçələrində 215 ədəd yeni işıqlandırma dirəyi quraşdırılıb. Növbəti mərhələdə digər küçələrdə daha 400 yeni işıqlandırma dirəyinin qurulması nəzərdə tutulur.
İ. Əliyev onu da bildirib ki, həyata keçirilən tədbirlər çərçivəsində bütün fəsillərdə abonentlərin, habelə küçə, park və xiyabanlar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. Bununla bağlı 13 ictimai-yaşayış binasına yeraltı kabel xətlərinin çəkilişi başa çatdırılıb. Digər binalarda bu istiqamətdə tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR