TQDK sədri qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərlə görüşüb

TQDK sədri qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərlə görüşüb
# 11 noyabr 2008 15:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərlə görüşüb. APA-nın məlumatına görə, M. Abbaszadə bu il ali məktəblərə daxil olmaq üçün ərizə verən 116520 gəncdən 1590 nəfərinin 600-dən çox bal topladığını, belə məzunların sayına görə 28 məktəbin daha çox fərqləndiyini deyib. Bu sırada ilk yeri Heydər Əliyev adına lisey tutur. 2008-ci ildə həmin liseyi bitirən 116 nəfərdən 22-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. M. Abbaszadə bildirib ki, 600-dən çox bal toplayan abituriyentlərin 354 nəfəri Bakı Dövlət Universitetinə, 296 nəfəri Azərbaycan Tibb Universitetinə, 263 nəfəri isə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Özəl ali məktəblər arasında qəbul imtahanlarında yüksək nəticə əldə edən gənclərin daha çox həvəs göstərdiyi tədris müəssisəsi isə Qafqaz Universitetidir. 600-dən yuxarı bal toplayan abituriyentlərdən 120 nəfəri bu ali məktəbə qəbul olunub. Bu il 600-dən çox bal toplayanlardan 834 nəfəri oğlan, 756-sı qızıdır.

Qeyd edək ki, “Abituriyent” jurnalının 10-cu sayında qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatlar dərc edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR