Azərbaycanda ətraf mühitə dəymiş ziyanla bağlı 1,718 mln. manatlıq iddia qaldırılıb

Azərbaycanda ətraf mühitə dəymiş ziyanla bağlı 1,718 mln. manatlıq iddia qaldırılıb
# 13 noyabr 2008 14:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2008-ci ilin yanvar-oktyabr ayları ərzində ətraf mühitin mühafizəsi ilə bağlı hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2 746 akt və protokol tərtib edib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu müddətdə nöqsanların aradan qaldırılması üçün 686 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 761 iş üzrə 1 740 227,78 manat məbləğində cərimə tətbiq edilib. Onun 313 506,15 manatının ödənilməsi təmin edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 853 iş üzrə 1 718 131,42 manat məbləğində iddia qaldırılıb. Onun 183 529,24 manatın ödənilməsi təmin edilib. Hesabat dövründə 2 201 iş üzrə 361 645,42 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 71 işdən 24-nə, məhkəmələrə göndərilmiş 171 işdən 62-nə, məhkəmə nəzarətçiləri və icraçılarına göndərilmiş 385 işdən 35-nə baxılaraq müvafiq tədbirlər görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR