Yaxın günlər ərzində Azərbaycan ərazisində küləkli hava şəraiti hökm sürəcək

Yaxın günlər ərzində Azərbaycan ərazisində küləkli hava şəraiti hökm sürəcək
# 17 noyabr 2008 12:27 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, noyabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq, cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-18 dərəcə isti olacaq.

Noyabrın 19-u səhər saatlarından isə cənub-qərb küləyi şimal-qərb küləyinə keçəcək, günün ikinci yarısında küləyin sürəti arabir nisbətən güclənəcək. Bununla əlaqədar hava bir qədər soyuyacaq. Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq.

Noyabrın 20-də günün birinci yarısında şimal-qərb küləyi yenidən cənub-qərb küləyinə, ikinci yarısında cənub-qərb küləyi şimal-qərb küləyinə keçəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR