Noyabrın 22-də Xarici İşlər Nazirliyinə işə qəbul olmaq istəyənlər imtahan verəcək

Noyabrın 22-də Xarici İşlər Nazirliyinə işə qəbul olmaq istəyənlər imtahan verəcək
# 19 noyabr 2008 12:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası noyabrın 22-də Xarici İşlər Nazirliyinə işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 412 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bakıda 363, Naxçıvanda isə 49 namizəd imtahan verəcək. Namizədlərə 120 sualdan ibarət test tapşırığı təqdim ediləcək. Sual kitabçasının 100 sualdan ibarət olan birinci hissəsi Xarici İşlər Nazirliyinin fəaliyyət sahəsi, 20 sualdan ibarət olacaq ikinci hissəsi məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlər olacaq. Xarici dildən test imtahanı verən namizədlərin imtahanı 3 saat, xarici dildən test imtahanı verməyən namizədlərin imtahanı isə 2 saat 45 dəqiqə davam edəcək. Namizədlər 96 və daha çox (xarici dildən test imtahanı verməyənlər isə 88 və daha çox), o cümlədən əsas ixtisas üzrə 35 və daha çox bal topladıqları halda müsabiqənin 2-ci mərhələsinə buraxılacaqlar. İmtahanın nəticələri həmin gün TQDK-nın rəsmi internet səhifəsində (www.tqdk.gov.az) yerləşdiriləcək. Hər namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahanın nəticələrinə dair arayış təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR