Mərkəzi Nəbatat Bağındakı nadir bitkilər məhv olmaq təhlükəsi qarşısındadır

Mərkəzi Nəbatat Bağındakı nadir bitkilər məhv olmaq təhlükəsi qarşısındadır
# 19 noyabr 2008 14:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağındakı nadir bitkilər məhv olmaq təhlükəsi qarşısındadır”. Bu barədə APA-ya açıqlamasında bağın direktoru Oruc İbadlı bildirib. Direktor deyib ki, bitkiləri təhlükəyə salan Mərkəzi Nəbatat Bağının barısına bitişik tikilən çoxmərtəbəli binalardır. Onun sözlərinə görə, çoxmərtəbəli binaların kölgə salması nəticəsində 5 hektar ərazisini əhatə edən Talış zonası bitkiləri, “Qırmızı kitab”a salınan 150-yə qədər nadir və nəsli kəsilməkdə olan bitkilər də məhv ola bilər. O. İbadlının bildirib ki, problemlə əlaqədar Prezident Aparatına, Nazirlər Kabinetinə, Milli Məclisə və Fövqəladə Hallar Nazirliyinə müraciət edib: “Nəbatat bağı strateji obyekt sayılır. Qanuna görə, strateji obyektlərin ətrafındakı binalar həmin obyektlərdən ən azı 20 metr məsafədə olmalıdır. Amma bağın nəinki bitkiləri, elə əməkdaşları da təhlükə qarşısındadır. Çünki binaların toz-torpağı, daşları işçilərimizin başına tökülür. Biz bunun qarşısını ala bilmirik”.

Qeyd edək ki, 1934-cü ildə yaradılan və 45,6 hektar ərazisi olan Mərkəzi Nəbatat Bağında 2000-dən artıq nadir və nəsli kəsilməkdə olan ağac, kol, çiçək və ot bitkiləri kolleksiyası saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR