Gələn il gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan olunacaq

Gələn il gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan olunacaq
# 22 noyabr 2008 09:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Gələn il gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan olunacaq”. APA-nın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev bildirib. Onun sözlərinə görə, hazırda ölkədə 170-dən artıq rəsmi qeydiyyatdan keçmiş gənclər təşkilatı var. Ümumilikdə isə Azərbaycanda 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. F. Babayevin sözlərinə görə, hazırda ölkə əhalisinin 2 milyon 600 min nəfərini gənclər təşkil edir. Uşaq və yeniyetmələrlə birlikdə əhalinin 67 faizinin gənclərdən ibarət olduğunu deyən sektor müdirinin sözlərinə görə, 2008-ci ildə gənclər siyasəti ilə bağlı 2 milyon manat vəsait ayrılıb. Gələn il isə gənclər təşkilatlarının 50-yə qədər layihəsi dövlət tərəfindən maliyyələşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR