“İrəli” qanvermə aksiyası keçirir

“İrəli” qanvermə aksiyası keçirir
# 22 noyabr 2008 12:12 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Vətənpərvərlər Klubunun və Tibb və Səhiyyə departamentinin təşəbbüsü ilə “Mənim qanım, sənin qanın“ adlı təmənnasız qanvermə aksiyası keçiriləcək. Təşkilatdan APA-ya daxil olan məlumata görə, aksiya noyabrın 23-də Hematologiya və Transfuziologiya İnstitutundakı “Qan Bank”ında keçiriləcək.

Aksiya qan xəstəliyindən əziyyət çəkən uşaqların az da olsa donor qanla təchiz olunmasına töhfə vermək məqsədi daşıyır.

“İRƏLİ” aksiyanın uğurla həyata keçirmək məqsədi ilə ötən gün gənclər arasında qan xəstəlikləri və donorluq haqqında maarifləndirmə işləri də aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR