Lənkəranın Daştatük kəndində yeni məktəbin açılışı olub

Lənkəranın Daştatük kəndində yeni məktəbin açılışı olub
# 26 noyabr 2008 00:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran rayonunun dağlıq ərazisində yerləşən Daştatük kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmiş 192 yerlik orta məktəb istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri Səmədağa Abdullayev, kənd ziyalılarından Ələsgər Sultanov, Gülnarə Babayeva və başqaları çıxış edərək milli təhsilin inkişafı üçün göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR