Azərbaycanda su təmizləyici qurğular istehsal edilə bilər

Azərbaycanda su təmizləyici qurğular istehsal edilə bilər
# 26 noyabr 2008 14:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda ekoloji cəhətdən müasir və davamlı yaşayış məntəqəsi yaradılacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Nazirin sözlərinə görə, artıq yaşayış məntəqəsinin yaradılmasının layihələndirilməsinə başlanılıb. Bu iş Koreyanın təcrübəsi nəzərə alınaraq, görülür.
H.Bağirov qeyd edib ki, hazırda Azərbaycan Koreya şirkətlərinin su təmizləyici qurğularından istifadə edir. Azərbaycan bu tələbatı nəzərə alaraq, həmin qurğuların istehsalını ölkədə təşkil etməyi nəzərdə tutur. Nazir hesab edir ki, bazarın imkanları bu istehsalın geniş yayılmasına kömək edəcək: «Təbii sərvətlərin axtarışı, geoloji işlərin təşkilində Koreya şirkətlərinin iştirakı ilə bağlı bir necə layihə artıq həyata keçirilir. Monitorinq sisteminin Koreya təcrübəsi əsasında müasirləşdirilməsində maraqlıyıq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR