“Azərbaycan terminləri” veb-portalı yaranacaq

“Azərbaycan terminləri” veb-portalı yaranacaq
# 07 aprel 2009 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu Terminologiya Komissiyası ilə birgə “Azərbaycan terminləri” veb-portalı yaradacaq. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, portal Azərbaycan dilinin daha geniş işlənməsi, müxtəlif elm sahələrinə aid terminlərin vahid virtual məkanda sistemli şəkildə toplanması məqsədi ilə hazırlanır. ”AZTERM” adlanacaq portala Azərbaycan dilində işlənən ümumi terminlərlə yanaşı, yeni yaranan və ayrı-ayrı sahələrə aid sözlər də daxil ediləcək. Hazırda ölkədə 600-ə yaxın terminoloji lüğət var. Mövcud terminlərin YUNESKO-nun nəzdində fəaliyyət göstərən Terminologiya üzrə Beynəlxalq İnfroterm Mərkəzinin və Beynəlxalq Standartlaşdırma Təşkilatının tələblərinə uyğunlaşdırılması, eləcə də Azərbaycan terminoloji reyestrinin və bu sahədə informasiya bankının yaradılması üzərində iş gedir. İlkin olaraq respublika üzrə terminoloji lüğətlərin toplanması işləri həyata keçirilir. Qeyd edək ki, veb-portalın yaradılması xaricdə yaşayan soydaşlarımıza dilimizin qanunauyğunluqlarına əsaslanan terminlərdən istifadə etmək imkanı verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR