Naxçıvanda Regional Peşə Tədris Mərkəzi istifadəyə verilib

Naxçıvanda  Regional Peşə Tədris Mərkəzi istifadəyə verilib
# 07 aprel 2009 16:41 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) Regional Peşə Tədris Mərkəzi istifadəyə verilib. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-nın yerli bürosuna verilən məlumata görə, tədris mərkəzində 10 ixtisas üzrə müxtəlif peşələr tədris olunacaq. Tədris prosesinə muxtar respublikanın şəhər və rayon məşğulluq mərkəzlərində iş axtaran və işsiz kimi qeydiyyatda olan vətəndaşlar cəlb ediləcək.
Bu gün adıçəkilən mərkəz üçün yeni binanın açılışı olub. İki mərtəbədən ibarət binada 16 sinif otağı, üç emalatxana yaradılıb. Bina kompüter dəstləri ilə təmin edilib. Mərkəzdə qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri, elektrik montyoru, traktorçu maşinist, kompüter istifadəçisi, kabel lehimləyicisi və elektrik montyoru, elektron avadanlıqlarının təmiri və elektromexanik, optik kabel lehimləyicisi, xalçaçı, toxucu, bərbər peşələri tədris olunacaq.
Qeyd edək ki, bu ilin sonuna qədər Naxçıvanda daha bir peşə məktəbi istifadəyə veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR