Hidrometeorologiya İdarəsi Naxçıvan çaylarında daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib

Hidrometeorologiya İdarəsi  Naxçıvan  çaylarında daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib
# 08 aprel 2009 14:40 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Bu gün axşam saatlarından etibarən aprelin 13-dək Naxçıvan Muxtar Respublikası (MR) ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya İdarəsi əhaliyə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar bəzi dağ çaylarında qısamüddətli daşqınların ola biləcəyi barədə xəbərdarlıq edib. İdarənin məlumatında növbəti dörd gün ərzində muxtar respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə intensiv olacağı, yağıntıların sulu qara keçəcəyi, paralel olaraq çaylarda suyun səviyyəsinin artacağı qeyd olunub.
Qeyd olunub ki, Naxçıvan MR-də temperatur 4-8 dərəcə aşağı düşəcək, şimal-qərb küləyinin sürəti saniyədə 15-20, arabir 23-28 metrə çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR