İyunda həkimlərə ixtisas dərəcəsi veriləcək

İyunda həkimlərə ixtisas dərəcəsi veriləcək
# 22 aprel 2009 12:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyi iyunda həkimlərə terapiya, pediatriya, cərrahiyyə, mamalıq-ginekologiya ixtisasları və təcili təxirəsalınmaz tibbi yardım üzrə ixtisas dərəcəsinin verilməsini həyata keçirəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi könüllülük prinsipi əsasında edilir. İxtisas dərəcəsi almaq istəyən həkimlər mayın 1-dən iyunun 1-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR