“Azərbaycan folklorunun və ənənəvi biliklərin qorunması: erməni plagiatçılığı” mövzusunda seminar keçirilib

“Azərbaycan folklorunun və ənənəvi biliklərin qorunması: erməni plagiatçılığı” mövzusunda seminar keçirilib
# 22 aprel 2009 13:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyi “Azərbaycan folklorunun və ənənəvi biliklərin qorunması: erməni plagiatçılığı” mövzusunda seminar keçirib. APA-nın məlumatına görə, seminarın açılışında çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, ermənilərin Azərbaycanın mədəni irsini mənimsəməsi artıq ənənəyə çevrilib: “Ermənilər Azərbaycanın dastanlarını, bayatılarını, atalar sözlərini, nağıllarını, rəqslərini, mətbəxini, aşıq sənətini, xalçalarını öz adlarına çıxırlar. Müəllif Hüquqları Agentliyi ermənilərin Azərbaycan mədəniyyətinin nümunələrini mənimsəməsi ilə bağlı elə ermənilərin özlərinin etiraflarından ibarət kitabça nəşr edib”. MHA sədri deyib ki, ermənilərin Azərbaycan folklor nümunələrini mənimsəməsi ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciətlər edilir, lakin bununla problem tam həll olunmur: “Biz gərək ilk növbədə öz mədəni irsimizi təbliğ edək. Bu təbliğatı aparmaq və gələcəkdə bu oğurluqlara cavab vermək üçün biz xüsusi broşür hazırlamışıq. Bu iş davam etdirilməlidir”.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva isə bəyan edib ki, Ermənistan Azərbaycan ərazilərini işğal etməklə bərabər, mənəvi terror siyasəti də həyata keçirir. Bu siyasətin qarşısını almağın yeganə yolunun Azərbaycana məxsus nümunələrin təbliği olduğunu söyləyən nazir müavini əlavə edib ki, Heydər Əliyev Fondu bu istiqamətdə böyük işlər görür: “Məhz fondun prezidenti Mehriban Əliyevanın sayəsində Azərbaycan muğamları UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Hazırda Azərbaycan aşıq sənətinin də bu siyahıya daxil edilməsi istiqamətində müzakirələr aparılır. Bu il mayın 19-da isə UNESCO-nun mənzil-qərargahında aşıq sənətinin geniş təqdimatı nəzərdə tutulur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR