Nazirlər Kabineti "Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları"nı təsdiqləyib

Nazirlər Kabineti "Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları"nı təsdiqləyib
# 23 aprel 2009 12:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın baş naziri Artur Rasizadə "Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə qərarı imzalayıb. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, uşaqların sağlamlıq imkanlarının məhdudluğu bır sıra xəstəliklər əsasında bir necə müddət üçün müəyyən olunacaq. Qərarda altı aydan iki ilə qədər olan müddətə görə sağlamlıq imkanlarının məhdudluğunun müəyyənləşdirilməsi üçün tələb olunan əsas meyarlar açıqlanıb.
Beş il müddət üçün tələb olunan meyarlar maddələr mübadiləsinin xüsusi pəhriz tələb edən anadangəlmə, irsi xəstəlikləri (fenilketonuriya, seliakiya və s.), kəskin leykoz, limfoqranulomatoz, hidrosefaliyaya görə əməliyyatdan sonrakı hal, ortopedik və cərrahi xəstəliklər, 18 yaş tamam olana qədər tələb olunan meyarlar bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezlər (ikili atetoz, xoreotetoz tipli), nəzərəçarpan koordinasiya pozulmaları, dayanıqlı, terapiya cəhətdən 2 ildən çox rezistent olan qıcolmalar, imbesillik və idiotiya dərəcəsinə uyğun olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, anadangəlmə lal-karlıq və s.-dir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR