Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər I rübdə 20,5% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər I rübdə 20,5% artıb
# 24 aprel 2009 07:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanda əhaliyə 858,3 mln. manatlıq və ya 20,5% çox pullu xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 55,1%-ni özəl sektorun müəssisələri təmin edib. Hesabat dövründə bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2008-ci ilin analoji dövrünün səviyyəsini 14,9% üstələyərək 619,6 mln. manata çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR