Azərbaycanda qanunsuz ağac kəsənlərə qarşı cərimələr sərtləşdiriləcək

Azərbaycanda qanunsuz ağac kəsənlərə qarşı cərimələr sərtləşdiriləcək
# 24 aprel 2009 11:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda ağacların qanunsuz kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə bağlı tətbiq olunan cərimələr sərtləşdiriləcək. «APA-Economics»in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
H.Bağırovun sözlərinə görə, cərimələrin aşağı olmasından istifadə etməklə bəzi şəxslər qanunsuz olaraq yaşıllıq sahələrini məhv edir, ağacları kəsərək ərazilərdən başqa məqsədlər üçün istifadə edirlər.
«Hazırda dövlət başçısının tapşırığına əsasən nazirlikdə müvafiq işçi qrupu yaradılıb və işlər aparılır. Hesab edirəm ki, cərimələr nə qədər sərt olarsa, problemin qarşısını almaq bir o qədər asan olar», - deyə nazir vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən son 2 ildə təkcə Bakı şəhərində ağacların kəsilməsi ilə bağlı 350 min manat cərimə tətbiq olunub.
H.Bağırovun sözlərinə görə, son 1 ildə Bakı-Hacıqabul yolunun kənarında 240 min ağac əkilib və bunun 98%-i bitib. Ərazidə suvarma sistemi yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR