Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyac meyarının həddinin artırılması təklifi ilə Milli Məclisə müraciət edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyac meyarının həddinin artırılması təklifi ilə Milli Məclisə müraciət edəcək
# 24 aprel 2009 12:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin ikinci yarısında ünvanlı dövlət sosial yardımın təyini üçün ehtiyac meyarının həddinin artırılması təklifi ilə Milli Məclisə müraciət edəcəyi gözlənilir. APA-nın məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. Onun sözlərinə görə, hazırda ailələr ünvanlı sosial yardım üçün ayrılan vəsaitin 83 faizi ərzaq məhsullarının alınmasına sərf edir. Nazir deyib ki, ünvanlı sosial yardım mexanizmində subyektiv faktorlar da özünü göstərir. Bu səbəbdən də bəzi hallarda neqativ hallar aşkarlanır. Amma ümumilikdə bu yardımla bağlı şikayətlər 30-40 faiz azalıb. F. Ələkbərov ehtiyac yarandıqda özünün və müavinlərinin də şikayətçilərlə şəxsən görüşdüyünü söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR