Bakıda gül bayramı keçiriləcək

Bakıda gül bayramı keçiriləcək
# 27 aprel 2009 14:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı Bakı şəhərində gül bayramı keçiriləcək. Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkında təşkil olunacaq. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də paytaxtın ayrı-ayrı rayonlarını təmsil edən məktəblərin şagirdləri güllərdən müxtəlif fiqurlar düzəldəcək, park güllə bəzədiləcək.
Heydər Əliyev Parkı ilə bərabər paytaxtın 11 rayonunun hər birində də gül bayramları təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR