Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Almaniyada səfərdə olub

Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Almaniyada səfərdə olub
# 28 aprel 2009 11:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyətinin Almaniyaya beş günlük səfəri başa çatıb. Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, səfərdə məqsəd Almaniya Pensiya Sığortası İdarəsinin aktuar tədqiqatların aparılması sahəsində təcrübəsini öyrənmək olub. Aktuar tədqiqatların aparılması Azərbaycan iqtisadiyyatı üçün yenilik olsa da, DSMF ilk olaraq bu hesablamaların tətbiqini nəzərdə tutur. Səfər çərçivəsində keçirilən görüşlərdə aktuar tədqiqatların təşkili, bu istiqamətdə araşdırmaların aparılması üçün ayrı-ayrı mövzuların seçilməsi xüsusiyyətləri öyrənilib, göstərilən sahədə əlaqələrin gələcək inkişaf planı müəyyənləşdirilib. DSMF ilə Almaniya Pensiya Sığortası İdarəsinin mütəxəssislərinin növbəti görüşünün Azərbaycanda keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR