Dövlət Əmək Müfəttişliyi Niderland şirkəti ilə yeni layihənin icrasına başlayıb

Dövlət Əmək Müfəttişliyi Niderland şirkəti ilə yeni layihənin icrasına başlayıb
# 28 aprel 2009 12:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Niderlandın “Teno - həyatın keyfiyyəti” şirkəti ilə yeni 5 illik layihənin icrasına başlayıb. APA-nın məlumatına görə, Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü bildirib ki, layihə çərçivəsində Azərbaycanın əmək qanunvericiliyi bazasının möhkəmləndirilməsi, əmək müfəttişlərinin işlərinin təkmilləşdirilməsi və s. istiqamətlər üzrə beynəlxalq təcrübə öyrəniləcək. Şirkətin bununla bağlı hazırlayacağı təkliflər daha çox tövsiyə xarakterli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR